"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Borc varsa sədrin ilk vəzifəsi borcu silmək barədə düşünmək olmalıdır”

--2021-09-28 / 18:17

“Bu gün Quba bələdiyyəsinin nə DSMF-yə nə də ki digər qurumlara borcu var. Necə ola bilər ki, əməkhaqqı ödənsin, amma sosial sığorta ödənişləri ödənməmiş qalsın”- bu fikirləri Belediyye.infoya Quba bələdiyyəsinin sədri Humayə Məmmədova bildirib.

Bələdiyyənin mühasibatlığı bütün proseslərə cavabdeh olmalı və hər bir ödənişi vaxtında etməyə borcludur ki, bələdiyyədə hər hansı problem yaranmasın. Borclu bələdiyyələrdə bu külli miqdarda borcun yaranması məsul şəxslərin məsuliyyətsizliyi ucbatından yaranır.

Ancaq borc varsa gərək sədrin ilk vəzifəsi borcu silmək barədə düşünmək olmalıdır. Strateji proqram hazırlamalı, bələdiyyə iclasında müzakirəyə çıxarmalı və təsdiq edib sonrada icrasını təmin etməlidir.

Və strateji proqramda isə əsas diqqət vergilərin yığım səviyyəsin artırmağa yönəldilməlidir. Yalnız bu halda bələdiyyə borcunu bağlaya bilər.

Belediyye.info

ŞƏRHLƏR